Prezident İlham Əliyev və ailə üzvləri birinci Avropa Oyunları çərçivəsində paralimpiyaçı cüdoçuların mübarizəsini izləyiblər

Video

26/06/2015

İyunun 26-da birinci Avropa Oyunlarında paralimpiyaçı cüdoçular mübarizəyə qoşulublar. Yarışların favoriti İlham Zəkiyev Azərbaycana daha bir qızıl medal qazandırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri qarşılaşmanı izləyiblər.

90 kiloqram çəki dərəcəsində İlham Zəkiyev finalda Ukrayna idmançısı Aleksandr Pominovu məğlub edərək qızıl medal qazanıb.

Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim edib.