Bakıda Gül bayramı keçirilib
10/05/2015

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında Gül bayramı təşkil olunub.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştirak ediblər.

Dövlət başçısı və ailə üzvləri parkı gəzib, parka toplaşmış uşaqlarla xatirə şəkilləri çəkdiriblər.